9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan 2022-2023-cü illər istilik mövsümündə Avropaya qaz tədarükünü artırıb

2022-2023-cü illər istilik mövsümündə Trans-Adriatik Boru Kəməri (TAP) ilə Azərbaycandan qaz tədarükü əvvəlki istilik mövsümü ilə müqayisədə 15 faiz (yaxud 0.8 milyard kubmetr) artıb.

Bu barədə cümə axşamı Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatında bildirilib.

BEA-nın hesabatında qeyd olunur ki, Norveçdən Avropanın digər hissələrinə boru kəmərləri ilə qaz tədarükü illik hesablamada 4 faiz (yaxud 2.5 milyard kubmetr) azalıb. Avropa İttifaqına Norveçdən boru kəməri ilə qaz tədarükü 2 faiz (yaxud 0.8 milyard kubmetr) artıb, Böyük Britaniyaya ixrac isə təqribən 18 faiz (yaxud 3 milyard kubmetr) azalıb.

“Avropa ölkələrində Norveç xaricində daxili hasilat ötən ilin analoji dövründə, yəni 2022-ci il oktyabrdan 2023-cü il fevrala qədərki dövrdə təqribən 5 faiz (yaxud 1.8 milyard kubmetr) azalıb. Bu, mühüm dərəcədə Groningen yatağının mərhələli şəkildə istismardan çıxarılması ilə əlaqədar olaraq Niderlandda qaz hasilatının azalması ilə şərtləndirilib. Şimali Afrikadan boru kəməri ilə qaz tədarükü ötən ilin analoji dövrü ilə müqayisədə 8 faiz (yaxud 1.4 milyard kubmetr) azalıb, lakin İtaliyaya qaz tədarükü bütünlükdə dəyişməyib”, – hesabatda deyilir.

Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istismarı başlaqıdan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olunub. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər