20.9 C
Baku
Monday, October 7, 2024

Konformizm nədir?

Konformizm (latın dilində “oxşar”, “uyğun gələn” – insanın real və yaxud xəyali qrupun təzyiqinə məruz qalması, davranışlarını və mövqeyini böyük əksəriyyətin xeyrinə olaraq dəyişməsidir. Konformizm mənfi cəhətlərə malik olmaqla yanaşı özündə bir çox müsbət cəhətləri də əks etdirə bilər. Məsələn, kollektivin ənənəsinin qorunması, qarşılıqlı münasibətlərin qaydaya salınması və s.

Qrupun qaydalarına uymaq gizli və aşkar şəkildə ola bilər. Konformizm müstəqil qərarlar verməkdən qaçdıqda, hazır qərarların dərk edilməsi və onlara orientasiya olmaqda passivlik göstərdikdə, davranış standartları və qiymətləndirmədən yayındıqda özünü biruzə verir.

Konformizm – öz iddialarını açıq şəkildə biruzə edən, qrup qaydalarını nəzərə almadan davranan individualizmdən, həmçinin öz baxış bucağını irəli sürmək bacarığı olmadıqda qrup qaydalarını inkar edən neqativizmdən fərqlənir. Bununla belə, konformizm fərdi və qrup maraqları əsasında idrak, əmək, ictimai və digər problemlərin həllində yaradıcı iştiraka malik deyil.

Son xəbərlər
Digər xəbərlər