14 C
Baku
Saturday, November 23, 2024

“Evrascon” şirkətinin dövlətə 2 milyon manatdan çox vergi borcu var

“Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Evrascon” ASC-nin 2 303 319.96 manat vergi borcu var.

Bildirək ki, bu borclar barədə son məlumat 7 may 2023-cü il tarixinə qədər olandır.

“Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 377 290 manatdır və qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir.

vb

Son xəbərlər
Digər xəbərlər