20.9 C
Baku
Monday, October 7, 2024

Tarixin ən varlı insanları kimlər olub?

Amerikanın həftəlik Time jurnalı bütün xalqların və millətlərin tarixi boyunca ən varlı və nüfuzlu şəxsiyyətlərinin reytinqini tərtib edib.

Nəşr tarixin ən varlı şəxsi olaraq orta əsr hökmdarı Mali Mansu Musu-nu elan edib. Amerika kollecinin tarix üzrə professoru Ferrum Riçard-ın fikrincə Musu-nun hömranlığı dövründə dövlət nəhəng qızıl istehsalçısı idi və buna görə də onun sərvətini dəqiq olaraq hesablamaq mümkün deyil.

Reytinqin ikinci pilləsində Roma imperiyasının banisi Oktavian Avqust qərarlaşıb. İqtisadçıların fikrincə imperatorun sərvəti 2014-cü ilin ABŞ dollarının məzənnəsi ilə təqribən 4,6 trilyon dollar təşkil edib.

Ən varlı rəhbərlərin üçlüyünü XI əsrə dünyanın ən güclü iqtisadiyyata malik ölkəsini idarə edən Çin imperatoru Şen-Çzun tamamlayır.

Dördüncü pillənin sahibi isə Böyük Monqol İmperiyasının padşahı I Əkbərdir. Onun rəhbərliyi dövründə adambaşına düşən ÜDM həcmi İngiltərədə I Yelizavetanın dövründəki göstəricilərə bərabər idi. Yerli elit təbəqə isə avropalı aristokratlardan daha zəngin idilər.

İosif Stalin isə 5-ci pillədə yer alıb. Time jurnalının qeyd etdiyinə görə, SSRİ-nin sərvəti şəxsən Stalinin özünə məxsus olmasa da, Stalin sovet iqtisadi gücünü idarə etmək iqtidarında idi.

 “Bütün dövrlərin ən varlı amerikalısı”, US Steel şirkətinin sahibi  Endryu Karneqi 2014-cü ilin məzənnəsi ilə 372 milyard dollara sahib olmaqla siyahıda 7-ci pillədə yer alıb.

Yeddinci pilləni isə Amerikanın Standard Oil şirkətinin yaradıcısı Con Rokfeller tamamlayır. Onun sərvəti 1918-ci ildə 1,5 milyard dollar olaraq qiymətləndirilirdi.

Bununla yanaşı, traixin ən varlı şəxsləri reytinqində 8-ci pillədə Breton cəngavəri Kürən Alen (1093-cü ildə onun sərvəti 11 000 funt sterlinq idi), 9-cu pillədə Bill Gates (Forbes Microsoft yaradıcısının sərvətini 78,9 milyard dollar olaraq qiymətləndirir) və nəhayət 10-cu pillədə Monqol imperiyasının yaradıcısı Çingizxan yer alıb.

Son xəbərlər
Digər xəbərlər