Azərbaycan xaricdən təbii qaz idxalını kəskin – 14 dəfə artırıb.
Banker.az xəbər verir ki, 2023-cü ilin ilk rübündə xaricdən 939 milyon 202 min kub metr həcmində təbii qaz idxal edib və bunun dəyəri 161.3 mln. ABŞ dollarıdır.
Təbii qazın idxalı ötən ilin eyni dövründə 66 mln. 91.19 min kub metr idi və 2.51 mln ABŞ dolları dəyərində idi.
Cari ilin ilk rübündə idxal edilmiş təbii qazın 741 mln. 787.92 min kub metri (132.33 mln. dollar) Rusiyadan, 197 mln. 414.51 min kub metri isə (28.97 mln. dollar) Türkmənistandan alınıb.