Bu gün Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərkosmos” Kosmik Agentliyi ilə Amerikanın SpaceX şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.
Banker.az-ın məlumatına görə, Razılaşmaya əsasən, “Azərkosmos” və “SpaceX” arasında “Starlink” genişzolaqlı peyk internetinin Azərbaycanda təkrar satışına dair razılıq əldə olunub.