Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol (respublikaçı, Texas ştatı) və hər iki partiyanın bir neçə digər konqresmenləri çərşənbə axşamı günü ABŞ administrasiyasının İranın pilotsuz uçuş aparatları və raketləri hazırlamaq və istehsal etmək proqramlarını dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq etməsini tələb edən qanun layihəsini təqdim ediblər.
Bu barədə Makkolun mətbuat xidməti məlumat yayıb.
Təşəbbüsə əsasən, İranın raket və dron tədarükü, satışı və ya ötürülməsi ilə məşğul olan şəxslərə qarşı viza sanksiyaları tətbiq olunacaq və onların ABŞ-dəkı aktivləri dondurulacaq. Bundan başqa, Tehrana raket və pilotsuz uçan aparatların hazırlanması və istehsalı üçün zəruri olan avadanlığı təhvil verən, İranla birgə müvafiq proqramlarda iştirak edən, həmçinin İranın raket və dronlarını ixrac və ya idxal edənlərə də məhdudiyyətlər qoyulur. Məhdudiyyətlər müvafiq qara siyahıya düşənlərin ailə üzvlərinə tətbiq olunacaq.
Qanun layihəsinə Makkolun komitəsi baxmalı, bundan sonra Nümayəndələr Palatası sənədə səs verməlidir.