11 C
Baku
Wednesday, November 27, 2024

Tramp ABŞ-da defolta yol verməyə çağırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Co Baydenin rəhbərliyi altında hazırkı ABŞ administrasiyası büdcə təkliflərini qəbul etməsə, Konqresdəki respublikaçılar dövlət borcu üzrə defolta nail olmağa çalışmalıdırlar. Belə bir bəyanatla o, çərşənbə günü “CNN” telekanalında “Town Hall” proqramında iştirakçıların suallarını cavablandırarkən çıxış edib.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

“Mən respublikaçılara müraciət edirəm. Konqresmenlər və senatorlar, əgər onlar büdcə təkliflərini qəbul etməsələr, siz defolta yol verməlisiniz”, – Tramp bildirib.

Eyni zamanda o, “demokratların təslim olacağı təqdirdə” defoltun baş verməyəcəyini deyib. “Bu heç kimə lazım deyil. Amma indi baş verənlərdən yaxşıdır”, – ABŞ-ın keçmiş prezidenti bildirib.

Bayden administrasiyası son vaxtlar Konqresi hökumətin qanunla 31.4 trilyon dollar məbləğində müəyyən edilmiş borc tavanını artırmağa çağırır. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası ənənəvi olaraq limitin artırılmasına şübhə ilə yanaşır və borc səviyyəsinin artırılmasının şərti kimi dövlət xərclərinin azaldılması fikrini müdafiə edir. Ağ Ev xərclərin azaldılmasını müzakirə etməyə hazır olsa da, borc tavanı ilə bağlı respublikaçılarla məsləhətləşməyəcəyini vurğulayıb. Yanvar ayında ABŞ Xəzinədarlığı defoltdan qaçmaq üçün borclanma limitinin əldə olunması ilə əlaqədar fövqəladə tədbirlər tətbiq etməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər