ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib.
Bu barədə Entoni Blinken Tvitter paylaşımında bildirib:
“Aİ Şurasının Prezidenti Şarl Mişellə bu gün Ukrayna üçün dəstəyi, Cənubi Qafqaz sülhünü və bizim transatlantik tərəfdaşlığımızı dərinləşdirməyi müzakirə etmək əladır”, – Blinken qeyd edib.