Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun eni layihə üzrə 8 metr azaldılıb.
Bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı növbəti ictimai dinləmədə “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədr müavini Natiq Əliyev deyib. O bildirib ki, bu qərar ekoloji baxımdan dəyərləndirmə aparılaraq verilib:
“Xüsusi hallarda yolun ölçü parametrlərinin azaldılması ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Biz də bu 4 zolaqlı yolun çəkilməsi zamanı ətraf yaşıllığa daha az zərər verilməsi üçün yolun genişləndirilməsi zamanı yolun eninin 25 metr norma ölçüsündən 17 metrə qədər azaldılması ilə bağlı qərar verdik”.