8 C
Baku
Friday, December 13, 2024

OPEC: “2023-cü ildə neft tələbatının artımı gündəlik 2.3 milyon barel olacaq”

OPEC hələ də 2023-cü ildə qlobal neft tələbinin gündəlik 2,3 milyon barel artacağını gözləyir.

Bu barədə qurumun may hesabatında deyilir.

“2023-cü il üçün qlobal neft tələbatının artımı əvvəlki ayın qiymətləndirməsi ilə eynidir və gündəlik 2,3 milyon barel təşkil edir. Eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində artım 0,07 milyon barel, İƏİT-ə daxil olmayan ölkələrdə isə təxminən 2,3 milyon barel olacaq”, – hesabatda göstərilib.

2023-cü ildə ümumi qlobal neft tələbatı sutkada 101,9 milyon barelə çatacaq.

“Lakin bu proqnoz bir çox qeyri-müəyyənliklərdən, o cümlədən qlobal iqtisadiyyatın inkişafından və davam edən geosiyasi gərginlikdən asılıdır”, – təşkilat əlavə edib.

Son xəbərlər
Digər xəbərlər