21 C
Baku
Saturday, September 28, 2024

Son bir ayda Azərbaycanda özəl sektorda çalışanların sayı 17 min nəfərdən çox artıb

2023-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33.5 min nəfər və ya 2 faiz artaraq 1736.3 min nəfər olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Onlardan 904.1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2023-cü il martın 1-i vəziyyətinə 901 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814.8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Son bir ayda dövlət sektorunda çalışanların sayı 3.1 min nəfər,  qeyri-dövlət sektorunda çalışanların sayı isə 17.4 min nəfər artıb.

Son xəbərlər
Digər xəbərlər