13 C
Baku
Friday, November 22, 2024

EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə ayrılacaq kreditin təsdiqini iyul ayına təxirə salıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) yeni gəmilərin alınması ilə bağlı 60 milyon ABŞ dolları məbləğində uzunmüddətli kreditin təsdiqini iyulun 12-dək təxirə salıb.

Daha əvvəl kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 26-na planlaşdırılmışdı.

“Bu layihə ASCO-ya Xəzər dənizindən kənarda beynəlxalq sularda ticarət donanması əməliyyatlarını genişləndirməyə, regional kommunikasiyaları və ticarət əlaqələrini yaxşılaşdırmağa kömək edəcək.

Bundan başqa, layihə ASCO-ya tranzit yüklərinin daşınmasını artırmağa, marşrut istiqamətlərinin şaxələndirilməsi üçün əlavə gəmilərin alınması ilə rəqabətqabiliyyətliliyi yüksəltməyə, həmçinin şirkətin beynəlxalq sularda olan gəlirlərini artırmaqla Orta Dəhlizdə nəqliyyat əlçatanlığını asanlaşdırmağa imkan verəcək”, -bankın məlumatında deyilir.

Bank daha yüksək ekoloji standartlara nail olmaq və “sıfır karbon”a keçidlə bağlı riskləri həll etmək üçün EBRD-nin enerji və resurs səmərəliliyi sahəsində təcrübəsindən istifadə etdiyini açıqlayıb.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər