Son 5 ildə Azərbaycanda əməkhaqqı fondu 2 dəfədən çox artıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib.
“Bu, əməkhaqlarının “ağardılması” istiqamətində görülmüş tədbirlərin nəticəsidir”, – deyə N. Vahabzadə qeyd edib.
Onun sözlərinə görə, bu gün ölkədə hələ ki, işçinin maaşını müəyyən edilmiş minimum məbləğdən – 345 manatdan az göstərilməsi hallarına rast gəlinir.