“Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 6 iyul 2023-cü il saat 16.00-da Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda keçiriləcəkdir.
Banker.az xəbər verir ki, Yığıncağın gündəliyinə Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı, Cəmiyyətin idarə heyətinin hesabatı, 2021-2022-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və illik hesabatın təsdiq olunması, Cəmiyyətin idarə heyəti sədrinin və üzvlərinin seçilməsi, ASC-nin hüquqi ünvanının dəyişdirilməsi, Dividendlərin bölüşdürülməsi daxildir.
Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda ASC-nin rəhbərliyinə müraciət etməklə tanış olmaq mümkündür.
Bildirilir ki, ümumi yığıncaq iştirakçılarının qeydiyyatı yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında özü, yaxud notarius tərəfindən təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə iştirak edə bilər.