“Brand Credit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru dəyişib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Şahin Mirzəyev Əlikərim oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Firudin Qasımov Nüsrət oğlu əvəz edib.
Qeyd edək ki, Ş.Mirzəyev 2022-ci ilin son rübü BOKT-a sədr kimi təyinat alıb.
BOKT 2011-ci ildə yaradılıb və onun 1 900 000 manat nizamnamə kapitalı var. Onun kapitalının 74.90%-i Yeganə Vəliyevaya, 22.26%-i Əli Hüseynova və 2.84%-i Şəbnəm Vəliyevaya məxsusdur.