Bildiyiniz kimi ölkə bankları hər rübün sonunda rüblük hesabatlarını, ilin sonunda isə illik və audit hesabatlarını öz səhifələrində dərc edirlər. bu məlumatların açıqlanması isə Mərkəzi Bankın qoyduğu qərarlara əsasəndir.
Banker.az saytı olaraq sizə bankların hesabatları haqqında məlumat vermək istədik. Lakin vəziyyət heç də xoşəgələn deyil. Çünki bir çox banklar rüblük və illik hesabtları haqda heç bir məlumat dərc etməyiblər.
Ölkənin qanunu isə bankların audit rəyi ilə təsdiq edilmiş ilin yekunlarına dair maliyyə hesabatı audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində kütləvi informasiya vasitələrində dərc olunmalıdır.
Bankların hesabatlarının yerləşdirməməsinin əsas səbəblərində biri də hesabatların aktuallığının itirməsini gözləməlidirlər. Çünki maliyyə göstəricilərində bankların gəlirləri xərcləri və s. bütün vacib məlumatları daha ətraflı şəkildə qeyd olunur.
Qanun:
- Hesabat dövrü 1 yanvardan 31-i dekabr da daxil olmaqla olan dövr sayılır. İl ərzində yeni yaradılan nümayəndəlik üçün birinci hesabat dövrü onun dövlət qeydiyyatından keçdiyi tarixdən 31-i dekabr da daxil olmaqla olan dövr sayılır.
- Təsisçi bankın kənar auditor yoxlamasından keçmiş illik maliyyə hesabatı və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş auditor rəyinin surəti.
- Qanunvericiliyə əsasən, bankların maliyyə hesabatı martın 31-dək, audit hesabatları isə aprelin 20-dək hazır olmalı, rəsmi internet ünvanlarında yerləşdirilməlidir.
Nəzərinizə çatdıraq ki, ötən ili də redaksiyamızda bu haqda məqalə dərc olunmuşdur. Belə ki, həmin məqalədə bu il ilə yanaşı ötən il də hesabatlarını açıqlamayan bakların siyahısı ilə tanış ola bilərsiniz.
Aşağıdakı cədvəldə isə cari il üzrə hesabatlarını açıqlayan və açıqlamayan bankların siyahısı tərtib olunub.
[table id=120 /]