2 C
Baku
Sunday, December 15, 2024

“Politico”: Aİ genişlənərsə, Türkiyə ilə Ukrayna arasında seçim etməli olacaq

Avropa İttifaqı (Aİ) genişlənməyə qərar verərsə, Türkiyə ilə Ukrayna arasında seçim etməli olacaq. Ona görə də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Kamal Kılıçdaroğlu deyil, Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, bəzi Aİ üzvləri “rahat nəfəs alacaq”. Bu barədə “Politico” yazıb.

Nəşrin qeyd etdiyi kimi, çox güman ki, Aİ liderləri dekabr sammitində rəsmi olaraq Ukrayna ilə üzvlük danışıqlarına başlayacaqlar.

Ukrayna Prezidenti Volodimir Zelenski 28 fevral 2022-ci ildə Ukraynanın Aİ-yə üzv olması üçün ərizə təqdim edib, iyun ayında isə Kiyev namizəd statusunu alıb. 2023-cü ilin fevralında Avropa Komissiyası (AK) belə qənaətə gəlib ki, bütövlükdə Ukrayna bloka daxil olmaq üçün ilkin hazırlıq səviyyəsindədir. Aprel ayında AK Ukraynanın Aİ-yə üzv olması üçün ən qısa yolların olmadığını elan edib.

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunda Rəcəb Tayyib Ərdoğan 49.51 faiz, Kamal Kılıçdaroğlu isə 44.88 faiz səs toplayıb. Bununla bağlı mayın 28-də seçkilərin ikinci turu təyin edilib.

Son xəbərlər
Digər xəbərlər