Taxıl müqaviləsinin müddəti uzadılacaq, bu barədə Türkiyə rəsmilərinə istinadən “Bloomberg” yazıb.
Agentliyin məlumatına görə, Rusiya “hələki” sazişdə iştirakını davam etdirməyə razılaşıb. Qərarın bu gün, mayın 17-də rəsmən elan ediləcəyi gözlənilir. Xatırladaq ki, taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatır.