Ötən il Azərbaycanda qızıl və gümüş istehsalı azalıb. Ölkədəki mis istehsalında isə kəskin artım olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ilin yanvar-aprel ayında ölkədə 715.8 kq qızıl istehsal olunub. Bu göstərici 2022-ci ilin eyni dövrünə nisbətən 15.8% azdır.
Mis istehsalında da illik 44.5% artım müşahidə olunur. Ötən il Azərbaycanın mis istehsalının həcmi 1115.9 ton təşkil edib.
Komitənin məlumatına əsasən, bu il gümüş istehsalında 29.5% olub. Belə ki, 4 ayda ölkədə 1393.2 kq gümüş istehsal edilib.
Qeyd edək ki, 01.05.2023-cü il vəziyyətinə ölkədə 97.6 kq hazır qızıl, 64.8 kq hazır gümüş, 412.4 ton hazır mis ehtiyatı var.