Gürcüstanın Mülki Aviasiya Agentliyi Rusiyanın “Red Wings” aviaşirkətinə uçuş icazəsi verib.
Bu barədə “Sputnik”in Gürcüstan bürosu məlumat yayıb.
Məlumatda deyilir ki, gələn ayın 2-dən etibarən aviaşirkət həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri olmaqla, Soçidən Tbilisiyə və Moskvadan Kutaisiyə uçuşlara başlayacaq.