19 C
Baku
Sunday, October 6, 2024

Dünyanın ən yaxşı universitetlərinin reytinqi

Bu həftənin əvvəli 2015-2016-cı illər üzrə universitetlərin ən nüfuzlu reytinqlərindən biri olan QS World University Rankings nəşr edildi. Reytinq təşkil edilərkən  elmi-araşdırma işlərinin aktivlik və keyfiyyəti, işəgötürənlərin fikri, karyera potensialı, əcnəbi tələbələrin və müəllimlərin olması və s. kimi kriteriyalar əsas götürülmüşdür.

Artıq 4 ildir ardıcıl olaraq Massaçusets Texnoloji İnstitutu reytinqə başçılıq edir. Harvard universiteti ikinci, Cambridge universiteti isə üçüncü pillədə qərarlaşmışdır. Bundan əlavə TOP 10-luğa ilk dəfə daxil olan universitet İsveçrənin ETH Zurich (Swiss Federal Institute of Technology) oldu.

Qeyd edək ki, ən yaxşı universitetlər 82 ölkəni təmsil edirdilər və bu ölkələr sırasında ən çox universitetə sahib olan ölkələr ABŞ (152), Böyük Britaniya (71), Almaniya (43), Fransa (41), Yaponiya (38), Avstraliya (33), Çin (30), Kanada və İtaliya ( hər ikisi 26), Braziliya (22) və Rusiya (21) oldu.

Son xəbərlər
Digər xəbərlər