Avropa İttifaql (Aİ) İrana qarşı ölkədə insan haqlarının pozulmasına görə növbəti sanksiyaları tətbiq edərək, beş şəxs və iki təşkilatı qara siyahıya əlavə edib. Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
“Aİ-nin İranla bağlı bütün narahatlıq doğuran məsələləri, o cümlədən insan haqlarının vəziyyətini həll etmək öhdəliyinə uyğun olaraq, beş fiziki şəxs və iki qurum məhdudlaşdırıcı tədbirlərə məruz qalan fiziki və hüquqi şəxslər siyahısına daxil edilməlidir”, – mesajda deyilir.
“Qara siyahı”ya salınmış bütün şəxslər və qurumlar ölkədə “etirazların dağıdılmasına cavabdeh olan” İran polisi ilə bağlıdır.







