10 C
Baku
Friday, December 13, 2024

Nazir: “Azərbaycanın beynəlxalq kredit reytinqi enə bilər”

“Neftin ucuzlaşması və geosiyasi gərginlik Azərbaycanın beynəlxalq kredit reytinqinin aşağı salınmasına səbəb ola bilər”.

Bunu “Azərbaycan Televiziyasının” (AzTV) efirində maliyyə naziri Samir Şərifov deyib.

S. Şərifov deyib ki, bu, bir ehtimaldır və hər şeyi gələcəkdə cərəyan edən proseslər göstərəcək: “Neftin ucuzlaşmasına baxmayaraq, dünyanın üç aparıcı beynəlxalq reytinq agentliyi olan “Standard&Poor`s”, “Fitch” və “Moody`s” Azərbaycanın beynəlxalq kredit reytinqini əvvəlki, yəni “B-” səviyyəsində saxlayıb. Bildiyiniz kimi, bu üç agentlik öz reytinqlərini tam müstəqil qaydada tərtib edir. Nəzərinizə çatdırım ki, reytinq tərtib olunarkən neftin ucuzlaşması ilə yanaşı, hökumətin atdığı addımlar da nəzərə alınır. Enerji daşıyıcılarının ucuzlaşmasına baxmayaraq, bizim hökumət zəruri tədbirlər atmışdır ki, bu amil bizim beynəlxalq kredit reytinqimizin qorunmasına səbəb olub. Lakin danılmaz faktdır ki, neft ucuzlaşır və təbii olaraq bu hal bizim gəlirlərimizə təsir edir. Bununla yanaşı, geosiyasi gərginlik müşahidə olunmaqdadır ki, bu iki amil bizim reytinqimizə mənfi təsir edə biləcək amildir”.

APA

Son xəbərlər
Digər xəbərlər