Moldovanın “Air Moldova” aviaşirkəti bazar ertəsi uçuşların dayandırılmasının iyunun 16-dək uzadıldığını elan edib.
Bu barədə aviaşirkətin saytında yerləşdirilən məlumatda bildirilir.
“Air Moldova” aviaşirkəti uçuşların dayandırılmasını 2023-cü il iyunun 16-dək uzadıb. Uçuşları ləğv edilən sərnişinlər bilet alarkən göstərdikləri elektron poçt ünvanına uçuşun ləğvi ilə bağlı bildiriş alıblar. Sərnişinlər biletin qiymətinin tam geri qaytarılmasını tələb edə bilərlər”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl aviaşirkətin rəhbərliyi maliyyə problemlərini həll edəcəyini və mayın 15-dən uçuşları bərpa edəcəyini gözlədiyi barədə bəyanat yaymışdı.