Milli Statistika Bürosunun hesabatına əsasən, Britaniyanın dövlət borcu apreldə 2.54 trilyon funt-sterlinqə çatıb ki, bu da ölkənin ümumi daxili məhsulunun (ÜDM) 99.2%-ni təşkil edir. Dövlət borcunun ÜDM-ə nisbəti sonuncu dəfə 1961-ci ildə yüksək olub, həmin ildə bu rəqəm 99.4% olub.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Dövlət sektorunun xalis borclanması (dövlət bankları istisna olmaqla) aprel ayında 2022-ci ilin aprelindən 11.9 milyard funt-sterlinq artaraq 25.6 milyard funt-sterlinq təşkil edib. Bu, 1993-cü ildən bəri bu ay üçün ikinci ən yüksək göstəricidir. Eyni zamanda, “Reuters”in sorğusuna qatılan iqtisadçılar aprelin sonuna qədər borclanma həcminin 19.75 milyard funt sterlinq təşkil edəcəyini proqnozlaşdırıblar.
Hökumətin borc öhdəlikləri üzrə ödəməli olduğu faizlərin həcmi ayın sonunda 9.8 milyard funt-sterlinqə yüksəlib.