2023-cü ilin 4 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında proqnoza nisbətdə 116.3 mln. manat və ya 7.7% artım qeydə alınıb.
Bu barədə DSMF-dən bildirilib.
Qeyd edilib ki, büdcə təşkilatları üzrə daxilolmalarda ötən ilin müvafiq dövrü ilə müqayisədə 47.3 mln. manat və ya 8.8%, qeyri-büdcə təşkilatları üzrə isə 129.4 mln. manat və ya 14.2% artım müşahidə olunub.