16 C
Baku
Sunday, October 6, 2024

Rusiya özünün SWIFT sistemini yaratdı

Bank məlumatlarının mübadiləsi üzrə Belçikanın SWIFT sisteminin analoqunun Rusiyada yaradılması başa çatıb. Bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Habiullina teleefirdə bəyan edib. Onun sözlərinə görə, bu sistemdən artıq onlarla bank yararlana biləcək.

Az əvvəl məlum olmuşdu ki, Mərkəzi Bankın təklifi əsasında yeni sistemdən məlumat mübadiləsi üçün təkcə banklar deyil, şirkətlər də istifadə edə biləcək.

Xatırladaq ki, Qərbin Moskvaya qarşı ən güclü sanksiyalar arsenalında Rusiyanı SWIFT sistemindən ayırmaq təklifi də var.

Musavat.com

Son xəbərlər
Digər xəbərlər