9 C
Baku
Sunday, November 17, 2024

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya göndərilməsini müzakirə edib

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 196.6 milyard avro köçürülməsi planını müzakirə edib.

Bu barədə Financial Times (FT) yazır.

Çərşənbə günü rəsmilər “Euroclear”da saxlanılan Rusiya aktivlərindən əldə edilən faizlərin bölüşdürülməsi üçün görüşüblər.

Nəşrin məlumatına görə, Aİ ölkələrinin tətbiq etdiyi sanksiyalar “Euroclear”da 196.6 milyard avroluq Rusiya aktivlərinin dondurulmasına səbəb olub ki, bunun da 180 milyard avrosu Rusiya Mərkəzi Bankının aktivləridir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər