16 C
Baku
Sunday, October 6, 2024

Azərbaycan ən yüksək əmək haqqına görə MDB-də ikincidir

Siyahıda birinci yeri Rusiya tutur

Azərbaycan son üç ay ərzində ən yüksək orta aylıq əmək haqqına görə MDB-də ikincidir.
Bu barədə MDB-nin Dövlətlərarası Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, Azərbaycanda göstərilən dövr ərzində orta aylıq əmək haqqı 436 dollar təşkil edib.

Siyahının birinci pilləsində Rusiya (553 dollar), üçüncü yerində isə Qazaxıstan (419 dollar) qərarlaşıb.

Reytinq cədvəlinə əsasən, sonuncu üç yeri Qırğızıstan (165 dollar), Tacikistan (138 dollar) və Ukrayna (136 dollar) tutur.

Report

Son xəbərlər
Digər xəbərlər