21 C
Baku
Tuesday, October 1, 2024

Apple apellyasiya məhkəməsində Samsung-a qalib gəldi

Apple şirkəti Vaşinqtonda Samsung Electronics-lə bağlı Apellyasiya məhkəməsinə təqdim etdiyi iddiadan qalib olaraq ayrıldı. İndi Cənubi Koreya şirkəti öz planşet və smartfonlarında bəzi mübahisə yaradan funksiyalardan istifadə edə bilməyəcək. Bu haqda məlumatı 17 sentyabr tarixində Bloomberg agentliyi vermişdir.

İyul ayında verilən məlumata görə isə, Google, Facebook, eBay, Dell, HP və digər texnoloji şirkətlər Apple ilə patent pozğunluğu ilə bağlı məhkəmə prosesində Samsung şirkətinin tərəfində idilər.

Ümumilikdə, onlar məhkəmədən Samsung şirkətinin Apple patentində qanunsuzluğa yol verərək istifadə etdikləri məhsulların satışından gələn gəlirləri onun hesabına köçürməsi ilə bağlı qərara yenidən baxılmasını tələb etmişdilər.

Son xəbərlər
Digər xəbərlər