11 C
Baku
Monday, November 25, 2024

“Günay Bank”ın kreditorlarının tələblərinin qeydiyyatına başlanıldı

Məlumat üçün bildiririk ki, ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatına artıq başlanıldı. 

Bildiyiniz kimi, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Günay Bank” ASC-nin ləğvedicisi olaraq ötən gün kütləvi informasiya vasitələrində kreditor tələblərinin qeydiyyata alınması ilə bağlı bildiriş yayımlamışdır. Sözügedən bildirişə əsasən, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları 18 iyul 2023-cü il tarixədək Bankın Baş ofisinə müraciət edərək təqdim etməlidirlər:

  • kreditorun adı və ünvanı;
  • tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
  • tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “Günay Bank” ASC – nin Baş ofisi

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45

Əlaqə: (+994) 941

Son xəbərlər
Digər xəbərlər