Federal Ehtiyat Sisteminin uçot dərəcəsi ilə bağlı qərarı ölkəmizdədə diqqətlə izlənilirdi.
Əsas səbəb, bu qərarın neftin qiymətinə təsiri ilə bağlıdır. Guman edilirdi ki, uçot dərəcələrinin artırılması qiymətlərə mənfi təsir edəcək. Bütövlükdə uçot dərəcəsinin qaldırılmasını əksər maliyyə qurumları gözləmirdi, buna görədə dünən qeyri-adi heç bir hadisə baş vermədi. Ancaq faiz dərəcələrinin qaldırılmaması neftin qiymətinə müsbət təsir etməsidə hələ sual altındadır. Çünki FES tərəfindən faizləri saxlamaq qərarı dünya iqtisadiyyatında, xüsusəndə Çin iqtisadiyyatında mövcud olan risklərlə bağlı narahatçılıq ilə bağlıdır. Bu risklərin gerçəkləşməsinin özüdə neftin qiymətinə mənfi təsir göstərən amillərdən biridir. Buna görədə FES-in faiz dərəcələrini qaldırmamasındada mənfi siqnallar mövcuddur. Dünənki qərardan bəri neftin qiymətində hələki ciddi dəyişiklik yoxdur, ancaq avro və yapon yenası dollara nisbətdə möhgəmləniblər. Bir çox ekspertlər hesab edir ki, neftin hasilatı azalmasa neft qiymətlərində müsbət dinamika müşahidə edilməyəcək.
Qeyd edək ki, neftin qiymətinə təsirdən əlavə, FES-in qərarının ölkəmizin əsas ticarət tərəfdaşlarının milli valyutasına təsiridə narahatçılıq yaradırdı.
Daşınmaz əmlak bazarı ilə FES-in qərarı ilə ümumiyyətlə birbaşa heç bir əlaqə ola bilməz, ancaq dolayı əlaqə isə sual altındadır. Daşınmaz əmlak bazarı hazırda makroiqtisadi amillərin təsiri altındadı. Bu amillər isə hazırda neftin qiymətləri ilə sıx bağlıdır.
Value and Sources konsaltinq şirkəti