Rusiya Zəngəzurda konsulluq açacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov Moskvada erməni və rusiyalı ekspertlərin dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşündə Ermənistan tərəfi Rusiya tərəfinin Sünik vilayətində konsulluğunun açılmasına razılıq verib.
Rusiyalı diplomatın onu da qeyd edib ki, konsulluğun yaradılması prosesində ən azı bir il tələb olunacaq uzun dövlət prosedurları olmadan, sadələşdirilmiş yolla getmək qərara alınıb.
Paltovun sözlərinə görə, Sünik vilayətinə “yerində işləmək üçün adamların” göndərilməsi barədə qərar qəbul edilib.
“Ona görə ki, onlar artıq orada işləməyə başlasınlar və təkcə Ermənistan-Rusiya dostluğunun qorunub saxlanmasına deyil, həm də Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə versinlər. Ümid edirəm ki, iyunda səfərimiz səmərəli olacaq”, – deyə rusiyalı diplomat əlavə edib.