Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qaz qovşağı layihəsini həyata keçirməkdə hələ də qərarlı olduğunu bildirib.
Bunu Türkiyə lideri Prezident Külliyəsində çıxışı zamanı deyib.
“Türkiyənin beynəlxalq mərkəz kimi mövqeyini daha da gücləndirəcəyik. Yeri gəlmişkən, cənab Putin təbrik mesajında Trakya bölgəsində Türkiyədə bir qovşağın yaradılmasını təkrarladı. Biz bunu onlarla edəcəyik. Trakya isə mərkəz olacaq”-Ərdoğan vurğulayıb.