2 C
Baku
Saturday, December 14, 2024

Belarus bankları dollar və avronun saxlanmasına görə komissiya tətbiq edirlər

Belarusun üç böyük bankı – “BNB-bank”, “Priorbank” və “Texnobank” – bəzi müştəriləri üçün dost olmayan ölkələrin valyutalarının saxlanmasına görə komissiya tətbiq etmək qərarına gəliblər. Xüsusilə komissiyalar ABŞ dolları və avrodakı əmanətlərə təsir edəcək.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Texnobank”dan bildirilib ki, maliyyə təşkilatı mayın 22-dən etibarən fərdi sahibkarların və hüquqi şəxslərin valyuta hesablarına xidmət haqqını dəyişib. Yeni qaydalara əsasən, əgər bütün xarici valyuta hesabları üzrə (dollar və avro) ümumi orta gündəlik balans 1 milyon dollar və ya avronu keçərsə, o zaman hesabın saxlanması üçün hər ay bu milyonu aşan məbləğin 0.1%-ni ödəməli olacaqsınız.

“Priorbank” və “BNB-bank” da ABŞ dolları və avro hesablarına xidmət haqqı tətbiq etmək qərarına gəliblər. Qərar hesablarında 50 min dollar və ya avro olan müştərilərə təsir edəcək və iyun ayında qüvvəyə minəcək. “Priorbank” bildirib ki, iyunun 1-dən özəl müştərilər üçün 750 Belarus rublu məbləğində aylıq komissiya tətbiq ediləcək.

Digər Belarus bankları da yaxın vaxtlarda belə tədbirlərin tətbiq edilməsini elan edə bilər. Belarus Milli Bankı “Sputnik”in sorğusu əsasında bu dəyişiklikləri şərh etməkdən imtina edib. Banklara valyuta hesablarına xidmət üçün komissiyaların tətbiqi ilə bağlı qərar qəbul etməyi tövsiyə edib-etmədikləri ilə bağlı birbaşa suala Milli Bank cavab verməyib.

Son xəbərlər
Digər xəbərlər