“Birləşmiş Krallıq 34 milyard ABŞ dolları sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investordur”.
Bunu energetika naziri Pərviz Şahbazovun Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə keçirilən görüşdə bildirilib.
Görüşdə tərəflər təmiz enerjiyə keçid istiqamətində, həmçinin Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.
Bununla bağlı P. Şahbazov özünün tviter hesabında paylaşım edib.