15 C
Baku
Sunday, November 24, 2024

BOKT “İDK” 2022-ci ildə bankdan borc götürüb, kreditə yönəldib – Hesabat açıqlandı

“Bank Olmayan Kredit Təşkilatı İDK” MMC 2022-ci ildə 176 min manata yaxın xalis mənfəət əldə edib.

Banker.az BOKT-nin illik audit hesabatını istinadən xəbər verir.

Hesabat ilində BOKT “İKT”nin faiz gəlirləri illik müqayisədə 39% artımla 315 min manat təşkil edib.

Ötən ildəki xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəəti 877 min manat olub.

BOKT 2022-ci ildə cəmi aktivləri 2 mln. 555 min manat olub, bu, illik 54% artım deməkdir.

Müştərilərə verilən kreditlər həcmi isə 2 mln. manat olub.

Ötən il 600 min manat “Bank Respublika” ASC-dən cəlb edib və cəmi öhdəlikləri 58 min manatdan 779 min manata yüksəlib.

Xatırladaq ki, BOKT “İDK” MMC 2011-ci ildə təsis edilib və 722 min manat nizamnamə kapitalı var. Bunun da 100%-i Əlyar Əsgərov Əsgər oğluna məxsusdur.

23424423 23

Son xəbərlər
Digər xəbərlər