13 C
Baku
Tuesday, May 14, 2024

“Unibank” 2022-ci ildə kredit kartı və mikro kreditlərin həcmini artırıb – audit hesabatı

“Unibank KB” ASC 2022-ci ildə aktivlərinin həcmini bir qədər də artırmaqla 1 mlrd. 397.57 milyon manata çatdırıb.

Banker.az xəbər verir ki, bu barədə Bankın audit hesabatında qeyd edilir. Audit hesabatını audit şirkəti – “KPMG Audit Azərbaycan” MMC aparıb.

Beləliklə, bankın aktivlərinin həcmi 2022-ci ilin əvvəli ilə müqayisədə ilin sonunda 37 faiz artmış olub. Aktivlərin əsas hissəsini və ya 845.11 milyon manatı müştərilərə verilmiş kreditlər təşkil edib. Kredit portfeli son bir ildə 28% böyüyüb.

Bankın müştərilərə verdiyi kreditdə istehlakın payı yüksək olaraq qalıb. Bankın nağd pul kreditinin həcmi illik müqayisədə 18% artımla 335.01 mln. manata, kredit kartları ilə verilən borclar 56% artımla 202.78 mln. manata, mikro kredit portfeli 73% artımla 135.13 milyon manata, ipoteka krediti 10% artımla 61.79 mln. manata yüksələrkən, biznes kreditlərinin həcmi 20% azalmaqla 151.9 mln. manata düşüb.

Bank depozit portfelini 2022-ci ildə 40% artırmaqla 1 mlrd. 9.19 milyon manata çatdırıb. Depozit portfelində 77.5%-i fiziki şəxslərin depozitləri (781.08 mln. manat) və qalan hissəsi isə hüquqi şəxslərin depozitləridir.

3123121233123132 1685451620Unibank FY22 25.05.23 final

Son xəbərlər
 ⁠
Digər xəbərlər