Azərbaycanda dəhlizlər üzrə yük daşımalarının həcmini 54 milyon tona çatdırmaq imkanları var.
Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin müşaviri Emil Məmmədov deyib.
O bildirib ki, hazırda Şərq-Qərb dəhlizi üzrə tranzit yük daşımaların həcmi 15 milyon tondur.
“Azərbaycan Dəmir Yolları əsas operator olaraq həm Şərq-Qərb, həm də Şima-Cənub dəhlizlərinin ölkə üzrə inkişafına töhvə verməyə çalışır.
Yerli tərəfdaşlar, eyni zamanda qonşu ölkələrlə qurulan kommunikasiya daşımaların həm çatdırılma tarifinin, həm də çatdırılma müddətinin azaldılmasına təsir edib” – Emil Məmmədov əlavə edib.