ABŞ bazar günü keçiriləcək OPEC+ nazirlər toplantısında neft bazarında sabitliyin davam etməsi ilə bağlı razılığın əldə olunacağına ümid edir.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
Monitorinq komitəsinin iclası və OPEC+ nazirlərinin görüşü iyunun 4-də Vyanada keçiriləcək. Alyans ölkələrinin nazirləri sonuncu dəfə 2022-ci ilin oktyabrında görüşüblər.