2 C
Baku
Saturday, December 14, 2024

Poliqlotlar haqqında maraqlı faktlar

Siz neçə dildə sərbəst şəkildə danışmaq istərdiniz?

Çox güman ki, hər birimiz bir neçə dil bilmək istəyərdik. Məsələ yalnız bizim bunun üçün nə qədər vaxt və əmək sərf etməyimizdədir.

1 . ABŞ-ın xarici xidmət İnstitutunun təsnifatına əsasən, ən çətin dillər ərəb, çin, yapon və koreya dilləri hesab edilir. Onların öyrənilməsinə 2 200 tədris saatı gərəkdir.

2 . Britaniyalı dilçi Riçard Xadsonun təsnifatına əsasən , minimum 6 dil bilən insan giperpoliqlot hesab edilir. Bəşəriyyat tarixində belə insanlar çox olub.

3 . Gündəlik həyatda ünsiyyət zamanı biz üç min yarımdan çox söz istifadə edirik. Tədqiqatlara əsasən, poliqlotlar adətən yüz əlli mindən çox söz yadda saxlaya bilirlər. Sıradan bir insan 50 000 anlayışın mənasını bilir. Poliqlotların isə yadlarında saxladıqları materialın həcmi üç ana dilinin biliklərinə bərabərdir.

4 . Əgər poliqlotlar hər hansısa bir dili öyrənmək üçün repetitorlarla məşğul olsaydılar, o zaman 100 000 tədris saatına onlar təxminən 1 milyon dollara yaxın pul sərf etməli olacaqdılar.

5 . Alman alimi Oskar Foqt poliqlot olan E. Krebsin beynini o, öldükdən sonra tədqiqatlar üçün saxlamışdı. Tədqiqatlar zamanı   poliqlotun beyninin qeyri-adi olduğu aşkar olunmuşdu. Dil üçün cavabdeh olan sahədə mütənasiblik pozulmuşdu. Lakin beynin ümumi çəkisi normalar çərçivəsində idi.

Son xəbərlər
Digər xəbərlər