Rusiyanın xarici işlər naziri Sergey Lavrov 5-6 iyun tarixlərində Tacikistana rəsmi səfər edəcək .
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Lavrovun Tacikistanda Mərkəzi Asiya ölkəsinin xarici işlər naziri Sirociddin Muhriddin ilə danışıqları, həmçinin prezident Emoməli Rəhmonla görüşü planlaşdırılır .
“Təmaslar zamanı ikitərəfli münasibətlərin aktual məsələlərini, Moskva və Düşənbə arasında müttəfiqliyin gələcək inkişaf perspektivlərini müzakirə etmək planlaşdırılır.”, – məlumatda deyilir.
Tərəflər əsas beynəlxalq platformalarda Moskva və Düşənbənin koordinasiyasına diqqət yetirəcəklər.