5 C
Baku
Saturday, December 14, 2024

Pizza hazırlayan robotlar istehsal edən “Zume” startapı $400 mln. investisiya ilə bağlanır

Pizza hazırlayan robotlar istehsal edən “Zume” startapı 400 milyon dollar investisiya ilə bağlanır – o, aktivləri kreditorların xeyrinə satır. “Zume” 2015-ci ildə yaradılıb, şirkət avtomobillə yol gedərkən pizza hazırlamaq üçün robotlar istehsal edib.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

2020-ci ilin əvvəlində “Zume” 360 nəfəri işdən çıxarıb, yəni ştatını təxminən iki dəfə azaldıb. O, pizza istehsalından imtina edib və əvəzində yeni layihələr təqdim etməyə başlayıb. Onlardan biri ekoloji qablaşdırma olub.

Mənbələrdən birinə görə, startap 2023-cü ilin mayında fəaliyyətini dayandırıb. “Bloomberg” agentliyinin vurğuladığı kimi, 2019-cu ildə startapın gəliri 1 milyon dollardan az olub.

“Crunchbase”in məlumatına görə, “Zume” qurulduğu gündən bəri 400 milyon dollardan çox vəsait toplayıb ki, bunun da 375 milyon dolları “SoftBank Vision Fund”dan gəlib.

Son xəbərlər
Digər xəbərlər