6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Mərkəzi Bankı ilə bağlı nələr dəyişir və hansı səlahiyyətlər verilir? – SİYAHI+İZAH

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Banker.az olaraq həmin dəyişikləri sizə təqdim edirik:

Mərkəzi Bankının İdarə Heyətinin (İH) üzvlərinə, habelə onların yaxın qohumlarına qarşı tələblərin sərtləşdirilməsi təklif edilir.

 Həmin şəxslər tənzimləyici qurumun nəzarət etdiyi subyektlərdə və onlara aidiyyəti olan şəxslərdə birbaşa və ya dolayı yolla mühüm iştirak payına (nizamnamə kapitalının (şərikli kapitalın) 10 və yaxud daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla sahiblik, yaxud iştirakçısı olduqları hüquqi şəxsin qərarlarının qəbul edilməsinə müqavilə əsasında mühüm təsir göstərmə imkanı) malik ola, habelə AMB-nin yaratdığı və yaxud iştirak etdiyi hüquqi şəxslərdə təsisçi və ya iştirakçı ola bilməzlər. Hazırda qüvvədə olan qanuna əsasən isə AMB-nin həmin şəxslər yalnız tənzimləyici qurumun və maliyyə bazarlarına nəzarət orqanının nəzarət etdiyi subyektlərdə mühüm iştirak payına malik ola bilməzlər.

AMB-nin İdarə Heyətinin üzvlərinin sayının 7-dən 9-a çatdırılması təklif edilir.

İdarə Heyəti AMB-nin kollegial ali idarəetmə orqanıdır. Onun tərkibi sədr, daimi əsaslarla işləyən 6 üzv (hazırda 4 üzvdür) və 2 kənar üzv daxil olmaqla 9 üzvdən ibarətdir.

AMB-yə iqtisadi müstəqilliyin verilməsi təklif edilir.

AMB iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, AMB dövlətin öhdəlikləri, dövlət isə AMB-nin öhdəlikləri üçün cavabdeh deyil.

Mərkəzi Banka investisiya pul nişanları buraxmaq hüququ verilir.

Mərkəzi Bankın buraxdığı investisiya nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.

Mərkəzi Banka yeni səlahiyyət verilir. (Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb).

Layihəyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı ancaq bəzi hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər.

“Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Valyuta tənzimi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə aşağıdakı məlumatları AMB-nin sorğusu əsasında AMB-yə:

– kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və nizamnamə, kommersiya hüquqi şəxslərinin idarəetmə orqanlarının rəhbərləri, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları;

– fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların təsisçilərinin (iştirakçılarının) iştirakçısı olduğu hüquqi şəxslər və belə hüquqi şəxslərin nizamnamə kapitalındakı payları;

– fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların idarəetmə orqanlarının rəhbərlərinin, təsisçilərinin (iştirakçılarının) və bu şəxslərin iştirakçısı olduğu hüquqi şəxslərin mənfəəti (gəlir və zərəri).

AMB-nin məcburi ehtiyatın təmin edilməməsi səbəbindən maliyyə sanksiyası tətbiq etməsi qaydası müəyyən olunacaq.

Onun maliyyə sanksiyasının məbləği məcburi ehtiyatın təmin edilməməsi aşkar edildiyi gündən 5 iş günü müddətində bu halın aşkar edildiyi gün üçün müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində hesablanır və kredit təşkilatının AMB-dəki milli valyutada olan müxbir hesabından, bu hesabda kifayət qədər vəsait olmadıqda AMB-nin xarici valyutada olan müxbir hesablarından (məcburi ehtiyatın təmin edilməməsinin aşkar edildiyi gün üçün AMB-nin rəsmi məzənnəsinə uyğun olaraq) tutulur.

Məcburi ehtiyatlar normasının təmin edilməməsinə görə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, AMB-nin İdarə Heyəti (İH) müvafiq kredit təşkilatının açıq bazar əməliyyatlarında iştirakını və ya ayrı-ayrı bank əməliyyatları aparmasını məhdudlaşdırmaq hüququna malikdir.

Hər hansı kredit təşkilatında AMB-nin tətbiq etdiyi likvidlik normativlərindən kəskin kənarlaşma halında AMB-nin İH-nin qərarı ilə həmin kredit təşkilatı məcburi ehtiyatların saxlanması tələbindən müvəqqəti azad edilə bilər.

AMB-nin Naxçıvan MR-dakı idarəsinin rəhbərinin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi təklif olunur.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, AMB idarə rəhbərinin Naxçıvan Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi 22-ci ilin dekabrında təsis edilib. Bu vəzifədə hazırda Fuad Nəcəflidir.

AMB məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faiz ödəyə biləcək.

AMB-nin ölkədə makroiqtisadi sabitliyin, maliyyə bazarlarının dayanıqlığının və sabitliyinin təmin olunması məqsədilə saxlanılan məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faizlər ödəmək hüququnun verilməsi təklif edilir.

Faizlərin ödənilməsi barədə qərarı AMB-nin İdarə Heyəti (İH) qəbul edir. Faizlər qərarda göstərilən müddətdə ödənilir və məcburi ehtiyatlar saxlayan bütün kredit təşkilatlarına şamil edilir.

Bundan başqa, saxlama dövrü ərzində kredit təşkilatı tərəfindən məcburi ehtiyatların hesablanması və yaxud saxlanılması qaydası pozulduqda, AMB saxlama dövründə məcburi ehtiyatların təmin edilməmiş məbləğinə aşağıdakı düsturla saxlama dövründə saxlanılmalı valyutanın emitenti olan mərkəzi bankın orta günlük uçot dərəcəsinin 2 misli, pozuntuya bir təqvim ili ərzində 3 və yaxud daha artıq halda yol verildikdə orta günlük uçot dərəcəsinin 3 misli məbləğində maliyyə sanksiyası tətbiq edir (bütün hallarda uçot dərəcəsi bir faizdən az olduqda maliyyə sanksiyasının hesablanması zamanı uçot dərəcəsi bir faiz kimi nəzərə alınır).

AMB ərazi idarələri açmaqla yanaşı hüquqi şəxslər yaratmaq səlahiyyətinin də verilməsi təklif edilir.

AMB öz məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar, maliyyə bazarları infrastrukturunun fəaliyyətinin təmin edilməsi, habelə maliyyə bazarlarında çalışan əməkdaşların ixtisaslarının artırılması məqsədilə hüquqi şəxslər yaratmaq və (və yaxud) onlarda iştirak etmək hüququna malik olacaq.

AMB-yə saziş və müqavilələr bağlamaq hüququnun verilməsi təklif edilir.

Sənədə əsasən, AMB məqsəd və funksiyalarından irəli gələn məsələlər üzrə xarici dövlətlərin mərkəzi bankları, beynəlxalq maliyyə-kredit təşkilatları və bu Qanunda nəzərdə tutulmuş qurumlarla öz adından əməkdaşlıq haqqında müqavilələr, həmçinin xaricdə yerləşən dövlət və özəl klirinq (prosessinq) idarələri ilə klirinq və hesablaşmalar haqqında sazişlər və başqa müqavilələr bağlaya bilər.

AMB-nin aktivlərinin və passivlərinin yenidən qiymətləndirilməsi qaydasının dəyişdirilməsi təklif edilir.

Manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində AMB-nin balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlir (reallaşdırılmamış gəlir) yenidən qiymətləndirmə üzrə ehtiyatlara aid edilir və AMB-nin kapital ehtiyatları və mənfəətinin sərbəst qalığının hesablanmasında nəzərə alınmır.

Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərər əvvəlki dövrlərdə yenidən qiymətləndirmə üzrə ehtiyatlar hesabına ödənilir, bu ehtiyatlar kifayət etmədikdə isə AMB-nin kapital ehtiyatları hesabına təmin olunur.

Kənar dövlət maliyyə nəzarəti kimi Hesablama Palatası yalnız AMB-nin inzibati-təsərrüfat fəaliyyətini əhatə edəcək.

Qeyd edək ki, Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarəti Hesablama Palatası tərəfindən “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata keçirilir.

Qısamüddətli likvidlik çatışmazlığı ilə üzləşmiş banklara AMB sonuncu instansiya kreditoru kimi yeni qaydada kredit verəcək.

Qüvvədə olan qanuna görə, bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 (altı) aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 (iki) bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.

Layihəyə əsasən, Mərkəzi Bank qısamüddətli likvidlik çatışmazlığı ilə üzləşmiş banklara sonuncu instansiya kreditoru kimi müddəti altı aydan çox olmayan və yalnız bir dəfə həmin müddətə uzadıla bilən kreditlər verə bilər. Belə kreditlərin digər şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur. Maliyyə bazarlarının sabitliyinə təhdid yarandığı hallarda Mərkəzi Bankın İdarə Heyəti daha uzun müddətə sonuncu instansiya krediti verə bilər.

Mərkəzi Bank maliyyə bazarları sahəsində monitorinq apara biləcək.

Maliyyə bazarları sahəsində nəzarət funksiyalarının həyata keçirilməsi ilə bağlı nəzarət subyektindən alınan hesabatlarda əks olunan məlumatların düzgünlüyünü və mötəbərliliyini yerində müəyyən etmək üçün nəzarət subyektində monitorinq aparılması məqsədilə Mərkəzi Bank öz əməkdaşları sırasından səlahiyyətli nümayəndə (nümayəndələr) təyin etmək hüququna malikdir.

Layihəyə əsasən, Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmış göndəriş məktubunda monitorinq olunmalı sahələr, sənədlər, sistemlər və monitorinqin müddəti müəyyən edilir. Monitorinq prosesində səlahiyyətli nümayəndə (nümayəndələr) bu Qanunda qeyd olunan hüquqlardan istifadə edir, nəzarət subyekti isə monitorinqin həyata keçirilməsi üçün zəruri şərait yaradır.

Monitorinqin müddəti 5 (beş) iş günündən çox ola bilməz. Səlahiyyətli nümayəndə (nümayəndələr) monitorinqin nəticələri üzrə arayış hazırlayır və Mərkəzi Banka təqdim edir. Səlahiyyətli nümayəndə (nümayəndələr) son 1 (bir) il ərzində monitorinq etdiyi nəzarət subyekti tərəfindən Mərkəzi Bankla əmək münasibətlərinə xitam verildiyi tarixdən 1 (bir) il müddətində Qanunla müəyyən edilmiş rəhbər (inzibatçı) vəzifələrə işə götürülə bilməz.

AMB risk əsaslı tənzimləmə və nəzarəti həyata keçirəcək, xüsusi tənzimləmə rejimi olacaq.

Layihəyə əsasən, effektiv tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə maliyyə bazarlarında tənzimləmə və nəzarət risk əsaslı yanaşma əsasında həyata keçirilir və bu məqsədlə nəzarət subyektlərinin biznes modeli, risklərinin qiymətləndirilməsi, daxili nəzarət və risklərin idarə edilməsi sistemləri, kapitalı, gəlirliliyi və digər risk faktorları nəzərə alınmaqla onların risk profili müəyyən edilir. Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda nəzarət subyektlərinin sistem əhəmiyyətliliyi və (və ya) risk profili nəzərə alınmaqla onlar üçün fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.

Mərkəzi Bank maliyyə bazarlarında innovativ xidmət və məhsulların (bundan sonra – innovativ məhsulların) sınaqdan keçirilməsi məqsədilə xüsusi tənzimləmə rejimi tətbiq edə bilər. Xüsusi tənzimləmə rejimi hüquqi şəxslər tərəfindən innovativ məhsulların məhdud çərçivədə (ərazi, müddət, əməliyyatların sayı, həcmi, iştirakçıların sayı ilə bağlı və ya digər məhdudiyyətlər) və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusudur.

Xüsusi tənzimləmə rejimi aşağıdakı prinsiplər əsasında tətbiq edilir:

– xüsusi tənzimləmə rejimində bərabər iştirakın təmin edilməsi;

– xüsusi tənzimləmə rejiminin iştirakçısı (xüsusi tənzimləmə rejimində innovativ məhsulları təqdim edən şəxs) tərəfindən istehlakçıların hüquqlarının və qanuni mənafelərinin qorunmasının təmin edilməsi.

– Xüsusi tənzimləmə rejiminin tətbiqi ilə bağlı qaydalar, o cümlədən xüsusi tənzimləmə rejiminində iştirak üçün müraciət edən hüquqi şəxslərə, habelə sınaqdan keçiriləcək məhsula dair tələblər, xüsusi tənzimləmə rejimində iştirak etmək hüququna xitam verən hallar, rejim iştirakçılarına qüvvədə olan maliyyə bazarlarını tənzimləyən qanunvericiliyin tətbiq edilməsi şərtləri və proseduru, rejim iştirakçılarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi və rejimin tətbiq edilə bildiyi maksimum müddət, lakin 5 (beş) ildən çox olmayaraq Mərkəzi Bank tərəfindən müəyyən olunur. Xüsusi tənzimləmə rejiminin iştirakçısı innovativ məhsulların sınağını Mərkəzi Bankla bağlanılmış müqaviləyə uyğun olaraq həyata keçirir. Müqavilədə ən azı sınağın həyata keçirilməsi şərtləri, tərəflərin hüquq və öhdəlikləri, sınağın keçirilmə müddəti, müqaviləyə xitam verilməsi halları və qaydası nəzərdə tutulur.

Xüsusi tənzimləmə rejiminin iştirakçısı müvafiq məhsul istifadəçisini bu barədə xəbərdar etməlidir. Xüsusi tənzimləmə rejimi çərçivəsində qanunvericilikdə aşkar edilən boşluqların aradan qaldırılması və ya fərqli qaydaların müəyyən edilməsi zərurəti ilə əlaqədar Mərkəzi Bank təkliflərini müvafiq qaydada təqdim edə bilər. Xüsusi tənzimləmə rejimində iştirakına xitam verilməsi rejim iştirakçısını məhsul istifadəçisi və digər şəxslər qarşısında həmin ana qədər yaranmış öhdəliklərindən azad etmir. Mərkəzi Bank rəsmi internet səhifəsində rejim iştirakçılarının reyestrini dərc edir. Reyestrə rejim iştirakçısının adı, internet səhifəsi (varsa), əlaqə məlumatları (telefon, elektron poçt ünvanı və.s.), təqdim etdiyi innovativ məhsul, sınağın keçirilmə müddəti, sınaq nəticələri və sınağa vaxtından əvvəl xitam verildiyi halda bu barədə məlumatlar daxil edilir.

AMB kredit bürosuna qarşı tədbirlər görə biləcək.

Həmin tədbirlər aşağıdakılardır:

– pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə kredit bürosundan öhdəlik məktubu tələb etmək. Kredit bürosu AMB-yə təqdim etdiyi öhdəlik məktubunda yol verilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması üçün görüləcək tədbirləri və onların həyata keçirilməsi müddətlərini göstərir;

– kredit bürosuna pozuntunun və ya pozuntulara səbəb ola biləcək halların müəyyən müddətdə aradan qaldırılması barədə icrası məcburi olan yazılı göstəriş vermək;

– pozuntular və ya pozuntulara səbəb ola biləcək hallar aradan qaldırılanadək kredit bürosunun icra orqanının rəhbərinin (üzvlərinin) vəzifəsindən kənarlaşdırılmasını və ya vəzifəsindən azad edilməsini kredit bürosunun səlahiyyətli idarəetmə orqanından tələb etmək.

Bundan başqa, qanun layihəsində deyilir ki, kredit bürosunun fərdi məlumatların informasiya sistemlərinin mühafizə tələblərini pozması halları aşkar edildikdə, AMB müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə yazılı məlumat verir.

AMB sığorta sahəsində müstəqil ekspertə dair minimum tələbləri müəyyənləşdirəcək.

Layihəyə əsasən, müstəqil ekspert fəaliyyəti Mərkəzi Bankın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən sahələr üzrə həyata keçirilir.

Aşağıdakı tələblərə cavab verən fiziki və hüquqi şəxslər müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra reyestrə daxil edildiyi sahə (sahələr) üzrə müstəqil ekspert fəaliyyəti ilə məşğul ola bilərlər:

– fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə və müstəqil ekspert sertifikatına malik olmalıdır;

hüquqi şəxs:

– hüquqi şəxsin əmək müqaviləsi əsasında işləyən ən azı iki işçisi müstəqil ekspert olmalıdır;

– hüquqi şəxsin iştirakçısı və icra orqanının rəhbəri sığortaçı, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və ya hüquqi şəxs olan sığorta vasitəçisi ilə əmək və ya mülki-hüquqi müqavilə münasibətlərində olmamalı və sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirməməlidir;

– hüquqi şəxsin adı bu Qanunun 94-4-cü maddəsinin tələblərinə uyğun olmalıdır.

Aqrar sığorta sistemində müstəqil ekspert olmaq istəyən şəxs “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq sertifikat aldıqdan sonra bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulan reyestrə daxil edilir.

Fiziki şəxs olan müstəqil ekspert müstəqil ekspert fəaliyyətini göstərdiyi dövrdə sığortaçı, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs olan sığorta vasitəçisi ilə müstəqil ekspert fəaliyyəti üzrə xidmətin göstərilməsi istisna olmaqla, digər xidmətlər ilə əlaqədar mülki-hüquqi müqavilə və ya əmək müqaviləsi münasibətlərində olmamalı və sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirməməlidir.

Hüquqi şəxs olan müstəqil ekspertin həyata keçirdiyi müstəqil ekspert fəaliyyəti onun əsas fəaliyyət növüdür.

Hüquqi şəxs olan müstəqil ekspert əsas fəaliyyətindən başqa yalnız aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:

– müstəqil ekspertlərin ixtisasının artırılması məqsədilə təlimin təşkili və keçirilməsi;

– sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;

– sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı.

Bu Qanunla müəyyən edilən şəxslərin müstəqil ekspert sertifikatının müddəti bitdikdə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verildikdə və ya onlar müstəqil ekspertlərin reyestrindən çıxarıldıqda, hüquqi şəxs 2 ay ərzində əmək müqaviləsi ilə işləyən müstəqil ekspertlərin minimum sayını bərpa etməli və həmin müddətdə müvafiq sahə üzrə müstəqil ekspert fəaliyyətini həyata keçirməməlidir.

Müstəqil ekspert tərəfindən aşağıdakıların həyata keçirilməsi qadağandır:

– müstəqil ekspertlərin reyestrinə daxil edildiyi tarixdən əvvəlki 2 il ərzində əmək müqaviləsi və ya xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqavilə münasibətində olduğu sığortaçıların sığortaladığı risklər ilə bağlı baş vermiş sığorta hadisəsi üzrə müstəqil ekspert kimi 2 il müddətində çıxış etməsi;

– müstəqil ekspertlə əmək müqaviləsi və ya xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqavilə münasibətlərində olan sığortalı, sığorta olunan, faydalalanan şəxs və ya zərər çəkmiş üçüncü şəxslə əlaqəli sığorta hadisəsi üzrə müstəqil ekspert kimi çıxış etməsi;

94-1.8.3. hüquqi şəxs olan müstəqil ekspertdə əmək müqaviləsi əsasında işləyən zaman digər hüquqi şəxs olan müstəqil ekspertdə vəzifə tutması və ya sərbəst şəkildə müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsi;

– sığortaçının, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsin və ya sığorta vasitəçisinin baş ofis, filial və ya nümayəndəliklərində fəaliyyət göstərməsi;

– sığorta müqaviləsinin bağlanılması ilə əlaqədar riski qiymətləndirdiyi halda həmin müqavilə üzrə baş vermiş sığorta hadisəsinin araşdırılması, nəticələrinin aradan qaldırılması və (və ya) zərərin qiymətləndirilməsi;

aşağıdakı hallarda müstəqil ekspertizanın aparılması:

– özünün və ya yaxın qohumlarının ekspertiza obyekti ilə bağlı əmlak mənafeyi, tərəflərdən biri ilə mübahisəsi (əvvəlki dövr də daxil olmaqla) və ya ekspertiza obyektinə dair müqavilədən kənar öhdəlikləri olduqda;

– özü və ya yaxın qohumları ekspertiza obyekti ilə bağlı əmlak mənafeyi olan hüquqi şəxsə aidiyyəti olan şəxs olduqda.

Müstəqil ekspert müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə etdiyi kommersiya, sığorta, bank və digər konfidensial məlumatların qanunla müəyyən olunmuş qaydada qorunmasını təmin etməlidir.

Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.

Son xəbərlər
Digər xəbərlər