Çinin 2022-ci ildə pilotsuz uçuş aparatları sənayesindən əldə etdiyi gəlir ilk dəfə olaraq 16 milyard dolları keçib.
Bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Sənayenin illik istehsalı keçən il 117 milyard yuana (16 milyard dollar) çatıb. Bu, 2021-ci ildəki 87 milyard yuandan 34% çoxdur.
2022-ci ildə Çində istehsal olunan dronların sayı 95 minə, PUA istehsal edən müəssisələrin sayı isə 15 minə çatıb (2021-ci ildəkindən 3 min çox).
Pilotsuz təyyarələrin sayının sürətlə artması bir neçə səbəblə bağlıdır. Birincisi, COVID-19 pandemiyası fonunda malların təmassız çatdırılmasına kömək etmək üçün dronlara ehtiyac artıb. İkincisi, dronların istifadəsi üçün kuryer xidmətləri arasında rəqabət güclənib.