“EY” adlı audit və konsaltinq şirkəti Avropa ölkələrinin maliyyə layihələrində xarici investisiyalar üçün cəlbediciliyinin növbəti reytinqini tərtib edib. “Bloomberg”in araşdırmanın nəticələrinə istinadən qeyd etdiyi kimi, ötən il maliyyə xidmətlərinin göstərilməsi üçün 76 layihəyə xarici investisiya cəlb edən Böyük Britaniya birinci yeri tutub.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Maliyyə layihələrində birbaşa xarici investisiyaların sayına görə ikinci yerdə Fransa (45 layihə), üçüncü yeri isə Almaniya və İspaniya (hər biri 31 layihə) dayanır. “EY” qeyd edir ki, Böyük Britaniyada maliyyə layihələrində birbaşa investisiyaların artımı (17%) hətta çətin iqtisadi vəziyyət fonunda da özünü göstərib. Eyni zamanda, Fransada ötən il maliyyə layihələrində birbaşa xarici investisiyaların sayı 25% azalıb.