3 C
Baku
Saturday, December 14, 2024

“VMF” şirkətinin ötən il mənfəəti azalıb

“VMF” Şirkəti 2022-ci ili 426 min manat mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 463 min manat olub ki, bu da illik müqayisədə 8% azalma deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “VMF” Şirkətinin cəmi aktivləri 1.4% azalaraq 5 milyon 874 min manat, pul vəsaitləri 27% azalaraq 308 min manat, cəmi kapitalı 13% artaraq 3 milyon 594 min manat, cəmi öhdəlikləri isə 12.4% artaraq 2 milyon 281 min manat təşkil edib.

Qeyd edək ki, “VMF” MMC 1997-ci ildə Vahid Mustafayev (keçmiş ANS-in sahibi) tərəfindən yaradılmış və saatların satışı ilə məşğul olur.

k

Son xəbərlər
Digər xəbərlər