13 C
Baku
Thursday, May 16, 2024

Bank sektorundan istehsalata transfer olub

Banker.az xəbər verir ki, Elşad Əliyev Qafqazın ən böyük metallurgiya zavodu olan “Baku Steel Company” QSC-də Biznesin inkişafı və Layihələrin idarə edilməsinin müdiri vəzifəsinə təyin olunub. Vəzifəsinin icrasına iyun ayından başlayıb. O eyni zamanda müstəqil ekspert-konsultant kimi fəaliyyət göstərir.

Elşad Əliyev 14 ildən çoxdur bank sektorunda, xüsusilə Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Maliyyə-kredit sahəsində bakalavr təhsili, həmçinin həmin univeristetin Maliyyə-kredit sahəsində magistr təhsili almışdır. Daha sonra isə Koç Universitetinin mini MBA proqramını uğurla bitirmişdir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər