24 C
Baku
Sunday, October 6, 2024

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı bu gün razılıq əldə edə bilər

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri bu gün Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilərlər.

Bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, yeni məhdudiyyətlərlə bağlı bir neçə məsələ hələ də tam həll olunmayıb, açıq suallar mövcuddur.

Belə ki, Almaniya da daxil olmaqla bir neçə ölkə sanksiyalardan yayınma ilə mübarizə üçün bir sıra tədbirlərin həyata keçirilməsinin Türkiyə və Çinlə münasibətlərə təsir edə biləcəyindən ehtiyatlanır.

Bu səbəbdən də Aİ bu məsələ ilə bağlı Avropa Komissiyasının sanksiyalarla bağlı ilkin təklifini yumşaldıb.

Həmçinin qeyd olunub ki, Macarıstan və Yunanıstan da yeni sanksiyalar paketinin qəbul olunmasına qarşıdır.

Xatırladaq ki, ötən ilin fevral ayından indiyə qədər (Ukraynadakı hərbi münaqişə başladığı gündən etibarən) Aİ artıq Rusiyaya qarşı 10 sanksiya paketi qəbul edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər